Üsyançılar Qəddafi tərəfdarlarının qətliam törətdiyini bildirir

Liviya diktatoru Qəddafinin tərəfdarları paytaxt Tripolinin üsyançılar tərəfindən alınmasına bir neçə saat qalmış qisas aksiyaları törədiblər.

Paytaxtdakı Bab əl-Əziziyə həbsxanasında 150 nəfər öldürülüb.

Bu barədə Frans press agentliyinə üsyançılar məlumat verib.

Məlumata görə, nəzarətçilər həbsxananı tərk etməmişdən əvvəl siyasi baxımdan Qəddafiyə rəqib sayılan məhbusların saxlandığı kameralara qumbaralar atıblar.