Çağdaş fransız yazıçısının romanı - ilk dəfə Azərbaycan dilində

Book by Frédéric Beigbeder

"Qanun" nəşriyyatı "Ən yeni tərcümə" seriyasından çağdaş fransız yazarı Frederik Beqbederin "Məhəbbət üç il yaşayır" romanını dərc edib.

İlk dəfə 1997-ci ildə fransızca çap edilmiş və Fizzə Heydərlinin Azərbaycan dilinə çevirdiyi romanın baş qəhrəmanı kübar həyatdan yazan jurnalist Mark Marronyedir.

O əmindir ki, məhəbbət üç il yaşayır: əvvəl insanlar bir-birini ehtirasla, sonra incə və dostcasına sevirlər; və nəhayət bir-birinə darıxdırıcı olurlar.

Romanın birinci hissəsində təsvir olunan belə baxışların səbəbi on­dan qaynaqlanır ki, görünür Mark heç zaman üç ildən ar­tıq sevməyib.

O, çox gözəl bir qız olan Anna ilə evlənir, lakin birgə hə­yat­larının üçüncü ilində Anna az qala ikrah hissi oyat­ma­ğa başlayır, o isə başqa bir qadına – Alisaya də­licəsinə vu­ru­lur.

Alisa da onu sevir, lakin başqası ilə yaşadığına gö­rə Markla gizlində görüşür. O isə, öz növ­bəsində, tama­milə əmindir ki, məhəbbət üç ildən sonra bitəcək və ay­rı­la­caqlar.

Ro­manın sonunda baş qəhrəman yazır ki, Alisa ilə artıq üç ildir ki birlikdədirlər və o, birgə həyatlarının üçil­li­yini qor­xu içində gözləsə də, məhəbbət əvvəlki kimi ya­şa­yır.

Həmçinin oxu
Frederik Beqbeder haqda ətraflı