Cənubi Sudan prezidenti yeni kabinet təyin edib

Cənubi Sudan prezidenti Salva Kiir iyulun 9-dan ölkəni idarə edən ötəri hökuməti buraxaraq yeni kabinet təyin edib.

Hökumətdəki mənbələrin məlumatına görə, hökumətin tərkibi bundan sonra etnik və dini müxtəlifliyə cavab verməlidir.

Cənubi Sudan bu il iyulun 9-da rəsmi müstəqilliyini elan edib.