Bağdadda məscid partladıldı, 30-dək adam öldü

Bağdadda ən böyük sünni məscidindəki partlayışda azı 29 nəfər ölüb, 40 nəfər yaralanıb. Ölənlərdən biri parlament üzvüdür – Xalid əl-Fahdavi.

Partlayışı intiharçı terrorçu törədib. Hadisə avqustun 28-i namaz zamanı baş verib.

Hadisəylə bağlı məsuliyyəti üzərinə hələlik götürən yoxdur.

Sünni təriqətinə aid təşkilatlardan birinə başçılıq edən Əhməd Əbdül Qafur əl-Samarrai deyib ki, terrorçu əslində onu öldürmək istəyib. Hadisə zamanı o, da yaralanıb.