Barak Obama təkliflərini sentyabrın 8-də verəcək

ABŞ prezidenti Barak Obama sentyabrın 8-də Konqresin hər iki palatasının birgə sessiyasında çıxış edəcək. Öz çıxışında Obama büdcə kəsirini azaltmaq və yeni iş yerləri açmaqla bağlı təkliflərini verəcək.

Büdcə kəsirini azaltmaqla bağlı demokratlarla respublikaçılar arasında uzun müddətdir davam edən konflikt ölkədə defolt riski yaratmışdı.