NATO-nun Liviyadakı missiyası sona yetir

Bunu təşkilatın baş katibi Anders Foqh Rasmussen Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

Yekun qərar NATO şurasının iclasında qəbul olunacaq.

Üsyançıların yaratdığı müvəqqəti milli şura isə bu arada Qaddafinin oğulları Saif al İslam və Mutassimin mühasirəyə alınmış Bani-Valid şəhərindən qaçdıqlarını xəbər verir.

Qaddafinin yeri isə hələlik dəqiq bəlli deyil.

Liviyanın 3 şəhəri hələ də Qaddafi qüvvələrinin nəzarətindədir.