Pakistanda partlayış, 14 nəfər ölüb

Pakistanın Qvetta şəhərində intiharçının basqını nəticəsində azı 14 nəfər ölüb.

Polisin məlumatına görə, partlayış inzibati binalardan birində baş verib.

Hələ ki partlayışa görə məsuliyyəti heç kəs üzərinə götürməyib. Bəlucistan vilayətinin mərkəzi olan Qvetta həm taliban, həm də yerli separatçıların aktiv olduğu bir şəhərdir.