Yaroslavlın Lokomotiv komandası təyyarə qəzasında həlak olub

Rusiyanın Yaroslavl şəhəri yaxınlığında təyyarə qəzasında 43 adam həlak olub.
Yak-42 təyyarəsində Rusiyanın Lokomotiv (Yaroslavl) hokkey komandasının 37 üzvü, yəni bütün komanda və 8 təyyarə heyəti uçurdu.
45 adamdan cəmi 2-si sağ qalıb, onlar da ölümcül vəziyyətdədir.

Təyyarə Minskə - yeni hokkey mövsümünün ilk oyununa uçurdu.
Qəza təyyarə yerdən qalxanda olub.