Yaralılar Moskvaya göndərilib

Yaroslavl yaxınlığında Yak-42 təyyarəsinin qəzaya düşməsi nəticəsində yaralanan 2 nəfər müalicə üçün Moskvaya göndərilib. Yaralılar – ekipaj üzvü Aleksandr Sizovun və hokkeyçi Aleksandr Qalimovun vəziyyəti ağırdır.

Dünən Yak-42 təyyarəsinin qəzaya uğraması nəticəsində 43 nəfər həlak olub, 2 nəfər yaralanmışdı. Ölənlərdən 37 nəfəri “Lokomotiv” hokkey komandasının üzvləri olub.

Rusiya prezidenti Dmitri Medvedev bu gün qəza yerinə baş çəkib, qəzanın səbəblərini araşdıran komissiyanın iclasında iştirak edib.