İraqda jurnalist öldürülüb

İraqda hakimiyyəti tənqid edən jurnalist Hadi al-Mehdi öldürülüb.

Hadi al-Mehdi Bağdad radiosunda həftəlik proqramın aparıcısı idi. O dəfələrlə bu proqramda hakimiyyət orqanlarını işıq, su və digər kommunal sahələrdəki vəziyyəti yaxşılaşdırmağa çağırmışdı.

Bundan başqa jurnalist hər cümə günü Facebook sosial şəbəkəsi vasitəsi ilə Bağdadda nümayişlər təşkil edirdi.