HRW hökuməti tənqid edən jurnalistin qətlinin araşdırılmasına çağırır

Human Rights Watch İraqda hökuməti tənqid edən jurnalistin ölümünü araşdırmağa çağırıb.
Hadi əl-Mehdi Bağdadda öz evində səssis silahla vurulub.

Hadi əl-Mehdi İraqda 4 jurnalistdən biri idi ki, onu İraq ordusunun əsgərlərinin oğurladığını deyirdi.
Jurnalistin sözlərinə görə bu, hökumət əleyhinə nümayişdən sonra olmuşdu.

O deyirdi ki, həbsdə ona elektroşokla işgəncə verilib.

Hadi əl-Mehdi hökumətin korrupsiyasının kəskin tənqidçisi idi.