Avro Dollara nisbətdə rekord həddə düşüb

Avronun ABŞ dollarına nisbətdə məzənnəsi cümə günü rekord həddə-1 dollar 37 sentə düşüb.

Həmçinin ABŞ-ın fond birjalarında qiymətlər düşüb.

Dow Jones indeksi təxminən 2,7 faiz ucuzlaşıb.

Ekspertlər bunun avro zonasındakı qeyri-sabitliklə bağlı olduğunu deyirlər.

Söhbət ilk növbədə Yunanısdandakı “Defolt” təhlükəsindən gedir.

Vəziyyətə Avropa Mərkəzi Bankının baş iqtisadçısı Yurgen Shtarkın istefaya getməsi də təsir edə bilər.