Gürcüstanda baş vermiş yol qəzasında 7 adam ölüb

Gürcüstanın qərbində baş vermiş yol qəzasında 7 adam ölüb,18 nəfərsə ağır yaralanıb.

Onların arasında 4 Türkiyə vətəndaşı da var.

Gürcüstan kütləvi informasiya vasitələrinin məlumatına görə, avtobusla mikroavtobus
Lançxuti rayonunda toqquşub.

Avtobus Türkiyədən Tbilisiyə gəlirmiş.

Qəzanın səbəbi araşdırılır.