Yavlinski seçkini hakimiyyəti dəyişməyin vahid yolu sayır

Rusiyalı siyasətçi, Yaploko blokunun banilərindən biri Qriqoriy Yavlinski bazar günü partiyanın Moskva ətrafında keçirilən qurultayında çıxış edib.

O bildirib ki, partiyanın müxalifətdə olmasına baxmayaraq seçkinin baykot edilməsiylə bağlı bir sıra fəalların çağırışlarını dəstəkləmir.

Yavlinski qeyd edib ki, seçki indiki hakimiyyətin dəyişməsində yeganə qəbuledilən yoldur.

Qurultayda dekabrın 4-də Dövlət Dumasına keçiriləcək seçkilərdə partiyanın siyahısı təsdiqlənib.

Qriqori Yavlinski, partiyanın sədri Sergey Mitroxin və Rusiya Elmlər Akademiyasının müxbir üzvü Aleksey Yablokov siyahıda ilk üçlüyə daxildir.