Yak 42 təyyarəsində həlak olanların sayı 44-ə çatdı

Qəzaya uğramış Yak 42 təyyarəsindən ağır yaralı çıxmış iki nəfərdən biri - hokkeyçi Aleksandr Qalimov bu gün Moskva xəstəxanalarının birində vəfat edib. Bununla da Yak 42 təyyarəsinin həlak olan sərnişinlərinin sayı 44-ə çatıb.

Təyyarə sentyabrın 7-də Yaroslavlda qəzaya düşmüşdü. Həmin qəzada ölənlərin 38 nəfəri “Lokomotiv” hokkey komandasının üzvləridir.

Qəzadan yeganə yaralı çıxan təyyarə heyətinin üzvü Aleksandr Sizov hazırda xəstəxanadadır. Onun da vəziyyəti ağırdır.