Əl-Qaidə yeni video kaset yayıb

“Əl-Qaidə” 11 sentyabr hadisəsinin 10-cu ildönümündə yeni video yayıb. Videoda qrupun yeni lideri Ayman al-Zawahrinin və təşkilatın öldürülmüş lideri Osama bin-Ladenin indiyədək yayılmamış bəyanatı yer alıb.

Video klip axşam saatlarında islam ekstremistlərinin saytında yayılıb.

Video klipdəki bəyanatların hamısı hələ tərcümə edilməyib.

11 sentyabr hadisələrinin ildönümü ərəfəsində ABŞ Vaşinqtonda və Nyu-Yorkda terror ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.

10 il əvvəl ABŞ-da törədilmiş terror aktı zamanı 3 minədək adam həlak olmuşdu.