İraqda zəvvarlar güllələnib

İraqın qərbindəki səhralıqda iyirmi iki şiə zəvvarın meyiti tapılıb. Təhlükəsizlik rəsmiləri deyirlər ki, Anbar əyalətində tapılan bütün zəvvarlar güllələnib.

Məlumatlara görə zəvvarlar Kərbəla şəhərindən olublar və Suriyaya gedirmişlər.
İraq təhlükəsizlik əməkdaşları zəvvarların avtobusda olan qadın, uçaq və qocaları yolun başqa tərəfində ağlayan vəziyyətdə tapıblar.

ABŞ-ın İraqa daxil olduğu 2003-cü ildən bəri Anbar sünni islamçı üsyançıların məskəninə çevrilib.