Talibançılar Kabildə səfirliklər olan rayona hücum ediblər

Əfqanıstanın paytaxtı Kabildə səfirliklər olan rayonda bir neçə partlayış və atışma olub.
Taliban bildirib ki, qumbaratanlarla, avtomat silahlarla və intiharçı gödəkçələri ilə silahlanmış talibançılar hökumət binalarına kütləvi hücum ediblər.
Polis ABŞ və digər ölkələrin səfirliklərinə yolu bağlayıb.
İtkilər barədə məlumat verilmir.