BMT Baş Məclisinin sessiyası açılıb

Nyu-Yorkda sentyabrın 13-də BMT Baş Məclisinin sessiyası açılıb. Açılışı sessiyaya sədrlik edən Qətərin nümayəndəsi Nassir Abdulaziz Al-Nasser edib. O, BMT-yə üzv ölkələri qlobal problemlərin həllində əməkdaşlığa çağırıb.

Al-Nasser həmçinin bildirib ki, Liviyanın yeni hökuməti – Milli Keçid Şurası BMT-nin baş katibi Ban Ki-moona məktub göndərərək xahiş ediblər ki, onları BMT-də Liviyanın rəsmi nümayəndələri qismində qəbul etsinlər.

Gələn həftədən etibarən sessiya çərçivəsində dünyanın əksər ölkə başçılarının çıxış etdiyi ənənəvi illik debatlar təşkil olunacaq.