ABŞ Dövlət Departamentinin Azərbaycandakı dini duruma aid hesabatında daha nələr var?
ABŞ Dövlət Departamenti Azərbaycanda dini etiqad azadlığının vəziyyəti ilə bağlı növbəti hesabatını açıqlayıb. Sənəddə dini qurumların qeydiyyatı prosesi, məscidlərin bağlanması, hicabın qadağası, dini ədəbiyyatın yayılmasına məhdudiyyətlər və s. bağlı faktlar yer alıb.
QEYDİYYATDAN RIÇAQ KİMİ İSTİFADƏ OLUNUR
Hesabatda qeyd olunur ki, Konstitusiya dini etiqad azadlığını tanıyır. Amma ayrı-ayrı qanunlar, hakimiyyətin apardığı siyasət faktiki olaraq dini azadlığı məhdudlaşdırır. Bir çox hüquqi qayda və tələblər dövlətin dini qrupların işinə müdaxiləsinə imkan verir.
Hesabatda yazılır ki, Dini Qurumlara İş üzrə Dövlət Komitəsinə dini təşkilatların qeydiyyatı üzrə geniş imkanlar verilib. Bu qurumun hansısa dini qrupun fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət etmək səlahiyyəti də var.
Departamentin yaydığı sənəddə dini qurumların yenidən qeydiyyatdan keçirilməsi tələbi haqda söz açılır. Vurğulanır ki, bu çox dini qurumlara təkrar qeydiyyatda imtina edilib. Qeydiyyat üçün 30 gün vaxt ayrılsa da, bir çox hallarda bu proses gecikdirilir. Ümumiyyətlə, qeydiyyat prosesi qeyri-şəffaf , qeyri-müəyyən və ağır keçir. Qeyd olunur ki, qeydiyyat məsələsi sanki hakimiyyət üçün xoşagəlməz dini qurumlara qarşı rıçaq rolunu oynayır.
HİCAB QADAĞASI DAVAM EDİR
Hesabat dövründə dini etiqad azadlığı məsələsində vəziyyət yaxşılaşmayıb, əksinə, bəzi sahələrdə pisləşib. Məsələn, orta məktəblərdə qızların hicab geyməsinə qoyulan qadağa və dini fəaliyyətlə bağlı cərimələrin artırılıb.
Hesabatda qeyd olunur ki, hicab rəsmi olaraq qadağan edilməsə də, məktəblərə uşaqların başını bağlamasına icazə verilmir. Bütün ölkə üzrə məktəb direktorları mütəmadi olaraq nazirlikdən verilən göstərişə əməl ediblər.
Həmçinin, qadınların hicabla pasport və dsigər sənəd üçün şəkil çəkdirməsinə də məhdudiyyətlər qoyulub.
DİNİ ƏDƏBİYYATA QADAĞALAR VAR
Hesabata görə, Azərbaycanda dini qrupların əksəriyyəti hökumətin müdaxiləsi olmadan fəaliyyət göstərsə də, bəzi təriqətlər daim nəzarətdə saxlanır. Bu cür təriqətlərlə bağlı daim yoxlamalar keçirilir, onların dini ədəbiyyatları müsadirə olunur.
Hesabatda qeyd olunur ki, qanuna əsasən Dini Komitənin razılığına əsasən dini mövzuda ədəbiyyat yayıla bilər. Lakin hakimiyyət bu növ ədəbiyyatın yayılmasını və ölkəyə gətirilməsini məhdudlaşdırır.
Sənəddə məscidlərin bağlanmasına dair faktlar da sadalanır. Gəncədə, Mehdiabadda fəaliyyəti dayandırılan məscidlərin adları qeyd olunur.
Vurğulanır ki, müsəlman təşkilatları qeydiyyat və digər məsələlərdə tam olaraq Qafqaz Müsəlmanlar İdarəsindən asılıdırlar.
81 YAŞLI QADINI DÖYÜB FAHİŞƏ ADLANDIRIBLAR
Hesabatda bildirilir ki, qanun həmçinin əcnəbi vətəndaşların dini qurumlarda təmsilçiliyinə məhdudiyyət yaradır. Azərbaycan vətəndaşı olmayan bəzi dini qurum nümayəndələrinin həbsi barədə faktlar sadalanır. Qeyd olunur ki, həmçinin, digər dinlərə üz tutan müsəlmanlara qarşı da düşmən münasibəti nümayiş etdirilir.
Qeyri-ənənvi dini təriqətlərin – Yahova Şahidləri, Yeddinci Günün Adventistləri, baptistlər və digər qrupların təmsilçiləri təqib olunur. Onlardan bəziləri dini baxışlarına görə hərbi xidmətdən yayındığı üçün cinayət məsuliyyətinə cəlb olunublar.
Konkret olaraq qeyd olunur ki, 2009-cu ilin noyabrında Zaqatalada Yahova Şahidlərinə aid 81 yaşlı qadın avtobus dayanacağında polis tərəfindən saxlanılıb. Onun çantası axtarılıb, içində olan dini ədəbiyyat müsadirə olunub. Amma sonradan bu qadını döyüb, lüt soyundurublar, sonra da onu fahişəlikdə ittiham ediblər. Sonradan polis şöbəsinə aparılan bu qadını oxuya bilmədiyi ərizəni imzalamağa vadar ediblər.
DİNİ MƏRASİMLƏR DAĞIDILIB
Həmçinin, Naxçıvanda Aşura mərasiminin, Bakıda Məhəmməd Peyğəmbərin ölümü ildönümündə keçirilən aksiyaların dağıdılması haqda faktlar qeyd olunub.
Hesabatın sonunda Azərbaycanda dini sahədə müşahidə olunan müsbət məqamlar da yer alır. Vurğulanır ki, prezdent İlham Əliyev yəhudi uşaqlar üçün “Oxr Avner” Təhsil Mərkəzinin açılışında iştirak edib. O cümlədən, hesabat dövründə 175 əlavə dini qurum qeydiyyata alınıb.
DİNİ KOMİTƏ HESABATI ARAŞDIRIR
Hesabatın rəsmi variantı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə daxil olmayıb. Bu barədə Komitənin mətbuat katibi Saleh Aslanov bizə məlumat verib.
"Ancaq qeyri-rəsmi olsa da, hesabatın elektron informasiya bazasında yerləşdirilmiş variantı tərəfimizdən öyrənilir. Hesabatda yer almış qeydlər tam araşdırılaraq təhlil olunduqdan sonra daha ətraflı məlumat veriləcək".