«Azərbaycanda hər bir ana ölümü ciddi araşdırılır və son illər bu sahədə müsbət nəticələr əldə olunub. Bu nəticələr Avropanın bir çox ölkələri ilə müqayisə oluna bilər».
Bu barədə jurnalistlərə Səhiyyə nazirinin müavini Elsəvər Ağayev bildirib. Nazir müavini qeyd edib ki, Azərbaycanda ana və uşaq ölümünün sayı azalıb - 100 min doğuşa 15 ana ölümü:
«Bu il 27 ana ölümü hadisəsi olub. Bu da respublika üçün böyük rəqəm deyil. Amma hər halda bu da bizi narahat edir və azaldılması istiqamətində mütəmadi işlər aparılır». /apa/