Universitet prorektoru qətlə yetirilib

Bakıda Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədov qətlə yetirilib.

Qətlin kim tərəfindən törədildiyi hələlik müəyyən olunmayıb.

Hadisə sentyabrın 16-sı səhər saatlarında Şərifzadə küçəsi, 8 ünvanında baş verib.

Məhkəmə-tibbi ekspertizası zamanı meyitdə kəllə sümüyünün sınığı və başının müxtəlif nahiyələrində digər xəsarətlər aşkar edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi üzrə ilə cinayət işi başlanıb.