Ukrayna xaricdən qaz idxalını azaldır

Kiyev “Qazprom”a 2012-ci ildə 27 milyard kubmetr qaz alınması barədə ərizə verib.

Ukrayna prezidenti Viktor Yanukoviç “Yalta-Avropa strategiyası” formunda çıxış edərkən bunun indikindən 5 milyard km az olduğunu deyib.

Onun sözlərinə görə, Ukrayna xaricdən qaz idxalının azaldılmasıyla bağlı proqram hazırlayıb və gələn il daxili tələbatı öz qazı hesabına ödəmək fikrindədir.

O həmçinin “Cənub axını” qaz kəmərinin Ukraynanın quru ərazisiylə reallaşdırılmasını təklif edib və bunun 5 dəfə ucuz başa gələcəyini deyib.

Qara dənizin dibiylə çəkilməli olan bu kəmər Rusiyanın Ukraynadan tranzit asılılığını azaltmalıdır.