Rusiya Federasiya şurasının yeni sədri sentyabrın 21-də bəlli olacaq

Rusiya parlamentinin yuxarı palatasına yeni sədrin seçilməsi məsələsinə sentyabrın 21-də baxılacaq.

Bu barədə RİA Novosti Federasiya şurasının mətbuat xidmətinə istinadla xəbər verir.

Yeni sədrin Peterburqun keçmiş qubernatoru Valentina Matvienko olacağı gözlənilir.

Bu postu ona prezident Dimitri Medvedev təklif edib.