Türkiyə Misirlə birlik yaratmaq niyyətindədir.

Bunun ölkənin xarici işlər naziri Əhməd Davutoğlu The New York Times qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, yeni ittifaqın hədəfi demokratiya olacaq. Əhməd Davutoğlu deyib ki, bu birlik bütün regionda demokratiyanı inkişaf etdirə biləcək. Nazir bu ittifaqın İran və İsrail əleyhinə olmadığını da qeyd edib.

Son aylar Türkiyə xarici siyasətdə aktivlik göstərir. Baş nazir Rəcəb Tayyib Ərdoğan Misirə, Liviyaya və Tunisə səfər edib.

Bu ərəfədə Türkiyənin İsraillə münasibətləri pisləşib.