3 rayona yeni prokuror təyin olunub

Prokurorluq sistemində kadr dəyişiklikləri olub.

Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Bakı şəhər prokurorunun müavini Qənimət Səfərov, Abşeron rayon prokuroru vəzifəsini icra edən Azər Vahabzadə və Qobustan rayon prokuroru İlham Məmmədov tutduqları vəzifədən azad olunmaqla müvafiq olaraq Abşeron, Qobustan və Xızı rayon prokuroru vəzifələrinə təyin olunublar. /Trend/