«Transxəzər» qaz kəmərinin inşası layihəsinin icrası Azərbaycan, Türkmənistan və Avropa Komissiyasının işidir.
Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bildirib.
R.Kobianın fikrincə, Rusiya və İran tərəfinin layihənin ekoloji tərəfləri ilə bağlı narahatçılığına heç bir əsas yoxdur:
«Hazırda müxtəlif dənizlərin dibi ilə minlərlə kilometr kəmərlər çəkilib – «Şimal axını», «Mavi axın», «Cənub axını» layihələri həyata keçirilir».
«Kəmərin tikintisinə başlanarsa, bütün ekoloji normalara riayət olunacaq. Biz layihə ilə bağlı danışıqlara başlamağa hazırıq», - deyə Avropa İttifaqının Bakı ofisinin başçısı qeyd edib. /apa/