Azərbaycan FIFA reytinqində 14 pillə irəlilədi

Azərbaycan-Türkiyə oyunu

FIFA sentyabr ayı üçün yığma komandaların yeni reytinq siyahısını açıqlayıb.

Futbol üzrə Azərbaycan millisi ötən ayla müqayisədə 14 pillə irəliləyib.

Belçika ilə 1:1-lik bərabərə qalan və ardınca Qazaxıstan üzərində 3:2 hesabı ilə qələbə qazanan Berti Foqtsun komandası 359 xalla 98-ci pillədə qərarlaşıb.

Siyahıya 1605 xalla İspaniya millisi başçılıq edir. Türkiyə 27-cidir.

Növbəti reytinq cədvəli oktyabrın 19-da açıqlanacaq.