İranda həbsdə olan ABŞ vətəndaşları azad olunublar

İranda həbsdə olan 2 ABŞ vətəndaşı azad olunublar.

Bu barədə CNN ABŞ rəsmilərinə istinadla xəbər verir.

28 yaşlı Şeyn Bauerlə 29 yaşlı Coş Fettal casusluq və sərhəddi pozmaq ittihamıyla İranda 8 il həbs cəzasına məhkum olunmuşdular.

Onlarla birlıikdə saxlanan Sara Şurd isə ötən ilin sentyabrında 500 min dollar girov müqabilində azad edilib.

Onlar 2009-cu ildə səhvən İraqdan İrana keçərkən saxlanmışdılar.