BMT-nin baş assambleyasının sesiyası başlanıb

Nyu-Yorkda BMT-nin baş assambleyasının sesiyası başlanıb.

Təşkilatın baş katibi Ban Kİ Moon sesiyanın açılışında beynəlxalq aləmi Yaxın Şərq sülh prosesinə təkan verməyə çağırıb.

Fələstin prezidenti Mahmud Abbasın sentyabın 23-də BMT-yə Fələstinin tanınmasıyla bağlı rəsmi ərizə verəcəyi gözlənilir.

ABŞ prezidenti Barack Obama bu gün Mahmud Abbas və İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşməlidir.

Birləşmiş Ştatlarla İsrail Fələstin rəhbərliyini bu addımdan çəkindirməyə çalşırlar.
Bu gün İordan çayının qərb sahilində bu ideyaya dəstək olaraq nümayişlər keçirilib.