Güclü yağış və leysan gözlənilir

Foto: Arxiv

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya və Proqnozlaşdırma İdarəsinin rəisi Asif Verdiyev məlumat verib.

Sentyabrın 24-ü axşam saatlarında qərb rayonlarından başlayaraq 28-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, yağış yağacağı gözlənilir:

«Əsasən, rayonlarda yağış leysan xarakterli olacağı gözlənilir. Temperatur ötən günlərlə müqayisədə 3-6° aşağı düşəcək».

Çaylarda suyun səviyyəsinin qalxması, Böyük Qafqaz və Lənkəran-Astara bölgəsində qısamüddətli daşqın və sel ehtimalı var.