Qırğızıstanda prezidentliyə cəmi 20 namizəd qaldı

Qırğızıstanda prezident seçkilərində namizədlərin yekun siyahısı açıqlanıb.
Prezidentliyə 20 namizəd qalıb.

80-dən çox iddiaçının 60-dan çoxu 30 min imzanı toplaya bilıməyib.

Əsas namizədlər indiki baş nazir Atambayev, Ata Yurd partiyasının sədri Taşiyev və Bütöv Qırğızıstan Partiyasının sədri Madumarovdur.

Seçki oktyabrın 30-da olacaq.

İndiki prezident Otunbayeva dekabrın 31-də prezidentlikdən gedəcək.