Prezident Xaçmaz rayonuna 3 milyon manat ayırdı

Sentyabrın 26-da prezident İlham Əliyev Xaçmaz rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Prezidentinin Ehtiyat Fondundan Xaçmaz rayon İcra Hakimiyyətinə 3 milyon manat vəsait ayrılsın.