ABŞ-Ermənistan İqtisadi İşçi Qrup görüşüb

Sentyabrın 26-da ABŞ-Ermənistan İqtisadi Birgə İşçi Qrupun 19-cu görüşü keçirilib. ABŞ Dövlət Departamenti Ermənistanın maliyyə naziri Vache Gabrielian və onun nümayəndə heyətini qarşılayıb.

Görüşdə ABŞ-ı Dövlət Departamentinin, Maliyyə Nazirliyinin, Ticarət Nazirliyinin və digər müvafiq qurumların nümayəndələri təmsil edib.

ABŞ-Ermənistan İqtisadi Birgə İşçi Qrupu 1999-cu ildə yaradılıb və hər il iki ölkə arasında iqtisadi əlaqələri, investisiyaların dərinləşməsi üçün müzakirələr aparılır.

Bu ilki görüşdə Ermənistanda biznes mühitinin yüksəldilməsi, ticarət və investisiyalar əsas müzakirə mövzusu olub.