Taciklər Taliban əleyhinə etiraz keçirir

Əfqanıstan paytaxtı Kabulda yüzlərlə etnik tacik eks-prezident Burhanuddin Rabbaninin öldürülməsinə etiraz mitinqi keçiriblər. Onlara qətldə şübhəli bildiklərini lənətləyib, “Pakistana ölüm”, “Talibana ölüm” şüarları səsləndiriblər.

Etnik tacik olan Rabbani Taliban yaraqlıları ilə danışıqlar aparan Şuraya sədrlik eləyirdi. Taliban qətlə görə məsuliyyəti üzərinə götürməsə də, Əfqanıstan hökuməti Talibanla bağlı şübhəliləri qətlə görə həbs edib.