ABŞ Əfqanıstanda avtobusun partladılmasını pisləyir

ABŞ hakimiyyəti Əfqanıstanda 11-i uşaq olmaqla 16 nəfərin həyatına son qoyan avtobusun partladılmasını piləyib. Hadisə dünən – sentyabrın 27-də Herat əyalətində baş verib. Ölənlər nişan mərasimindən evlərinə geri qayıdanlar olub.

Dövlət Departamentinin bəyanatında talibanın törətdiyi ehtimal olunan partlayış “kobud, günahsız vətəndaşlara basqın niyyəti güdən” hadisə kimi dəyərləndirilib, bildirilib ki, bu cür hallar Əfqanıstanda sülh prosesini pozur.

Bəyanatda o da deyilir ki, Əfqanıstanda olan beynəlxalq qüvvələr bu cür hücumların təşkilinə təzyiq göstərməyə davam edəcəklər.