«Sədr Arif Alışanov haqsız olaraq məni 1 il yarım geri tarixlə işdən çıxardı».
Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramında Bəsti Şiriyeva səsləndirdi.
1981-ci ildən «AzTv»də çalışdığını deyən Bəsti xanım əmrin 2008-ci ilin martın 31-də imzalandığını, amma ona 2009-cu il oktyabrın 13-də verildiyini söylədi:
«Biləndən sonra mən bir ay ərzində məhkəməyə müraciət etdim».
HƏR ŞEY HEYDƏR ƏLİYEV HAQQINDA VERİLİŞDƏN BAŞLADI
Bəsti xanım hər şeyin 2006-cı ildə televiziyada gedən bir verilişdən sonra başladığını bildirdi:
«Azərbaycan tarixi ilə bağlı veriliş idi. Heydər Əliyevin danışıqları, mülahizələri yer alırdı. O verilişi kompüterdə tək hazırladım. Bir günə montaj elədim. Dedilər, çatdırmayacaqsan. Dedim, yox, mən bunu Heydər Əliyevin ruhuna həsr edirəm, çatdıracağam. Oruclu-oruclu çalışıb verilişi təhvil verdim. Başqa verilişlər də oldu. Sonda mənə 121 manat verdilər—köməkçi rejissora yazılan məbləği. Departament sədrinin müavini Cavanşir Cahangirov işləməyə-işləməyə özünə 200 manat yazdı. Etirazımı bildirəndən sonra mənimlə rəqabətə başladı. Verilişlərimi sıxışdırırdı, işçiləri mənə qarşı qaldırırdı».
SƏDR İŞÇİSİNİ QƏBUL ETMƏYİB
Bəsti xanım narazılığını sədrə bildirmək istəyib, amma sədr onu qəbul etməyib:
«Ad-sanım olmasa da, mən professional işçiyəm. Qanuna əsasən, sədr məni 15 gündən bir aya qədər müddətdə qəbul etməlidir. Qəbul etmədi. Ombudsmana yazdım, İlham Əliyevə müraciət etdim, Prezident Aparatına yazıb göndərdim. Ancaq mənə cavab gəlmirdi. 2009-cu ilin avqustunda sədrə məktub yazdım ki, işləməyə qoymursunuzsa, heç olmasa əmək kitabçamı verin, başqa iş axtarım. Nəhayət, Ombudsmandan cavab aldım. Bildim ki, iş yerimə də göndəriblər. Tələb etdim və mənə işdən çıxarılmaq haqqında il yarım əvvəl imzalanmış əmri verdilər».
BU, POZUNTUDUR!
Verilişdə qonaq olan hüquqşünas Sadiq Bağırovun bildirdiyinə görə, Əmək Məcəlləsinin 83-cü maddəsində qeyd olunur ki, işçi işdən uzaqlaşdırılırsa, sonuncu iş günü ona əmək kitabçası və haqq-hesabla birlikdə əmrin surəti də verilməlidir:
«Ancaq mən əmrdən çıxarışı müşayiət edən məktuba nəzər salıram və onun Bəsti xanıma il yarımdan sonra verildiyinin şahidi oluram. Bu, pozuntudur».
XANIMLAR NƏDƏ SƏHVƏ YOL VERİBLƏR?
30 ildir «AzTv»də çalışan Nərgiz Cabbarlının isə işə götürülərkən bağladığı müddətsiz əmək müqaviləsi müddətli müqavilə ilə əvəzlənib. Hüquqşünasın bu məsələyə münasibəti belə oldu:
«İş burasındadır ki, müddətsiz əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı olmadan müddətli müqavilə ilə əvəzlənə bilməz. Bu müqavilədən görünür ki, gələcəkdə əmək münasibətlərinə xitam verilməsini asanlaşdırmaqdan ötrü işəgötürən tərəf əvvəl bağlanmış müddətsiz əmək müqaviləsini ləğv edib. Əslində isə, müddətsiz əmək müqaviləsinin ləğv edilməsi barədə, həmçinin müddətli əmək müqaviləsinə keçidlə bağlı qərar olmalı idi».
Sadiq Bağırov işdən çıxarılan xanımlara bir irad da tutdu:
«Onlar özləri müddətli əmək müqaviləsi bağlamaqla müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz olunmasına razılıq veriblər».
Hüquqşünasın dediyinə görə, qanunvericilikdə müddət müəyyən edilməklə əmək müqaviləsinin imzalanmasına imkan verən hallar nəzərdə tutulub:
«İş daimi xarakterlidirsə, işçi ilə müddətli müqavilə bağlanmasına yol verilmir. Xanımlar 30 ildir orada çalışıb, ştat cədvəli ilə əməkhaqqı alıb. AzTv özü də daimi müəssisədir. Belə halda müddətli əmək müqaviləsi bağlamaq yol verilməz idi».
MÜQAVİLƏNİ MÖHÜRSÜZ İMZALADIBLAR
Bəsti xanımla Nərgiz xanımın dediyinə görə, müqaviləni onlara tələm-tələsik imzaladıblar:
«Beş dəqiqənin içində möhürsüz kağıza qol çəkdirdilər. Orda ancaq bizim adımız, sədrin adı və müəssisənin adı var idi. Artıq sual vermək olmazdı. Müqavilənin surətini də bizə vermədilər. Surəti çox sonra məhkəmədən aldıq. Baxıb gördük ki, müqaviləni bir ay müddətində bağlayıblarmış... Orada həmçinin əmək şəraitinin şərtləri barədə heç nə yox idi. Sonra işəmuzd yazılıb. Maaşın ödənilməsi, məzuniyyətə çıxma məsələləri də yox idi. Sonradan əlavə olunub».
MƏHKƏMƏYƏ ÜZ TUTDUQ
Bəsti xanım 2009-cu ildə əmri alan kimi işə bərpa ilə bağlı Səbail rayon Məhkəməsinə üz tutduqlarını söylədi:
«Noyabr-dekabr aylarında keçirilən məhkəmə iclaslarında cavabdeh tərəfin nümayəndəsi Sədrəddin İskəndərov idi. «AzTv»də Hüquq Departamentinin müdiridir. O, məhkəməyə bəzi sübutlar təqdim etdi. Hakim Famil Nəsibov sənədlərə baxıb nə desə yaxşıdır? «Burada möhür yoxdur. Olar cavabdeh tərəf gedib onu təsdiqləsin?». Dekabrın 7-də sübutlar cavabdeh tərəfə verildi, 11-də geri qaytarıldı. Ancaq kadrlar şöbəsinin möhürü ilə. Müəssisənin rəhbərinin imzası və möhürü yox idi. Amma qanunvericilik deyir ki, müəssisə rəhbərinin imzası möhürsüz təsdiqli deyil. Hakim isə bu sübuta əsaslanıb deyir ki, işəgötürən düz eləyib sizi işdən çıxarıb...».
NƏ ETMƏLİ?
Sadiq Bağırov bir daha vurğuladı ki, Əmək Məcəlləsinə görə, tərəflərin qarşılıqlı razılığı əsasında müddətli müqaviləyə keçmək olar. Xanımlar müqaviləyə imza atmaqla buna razılıq veriblər. Hesab edirəm ki, onlar məcbur edildiyi vaxt məhkəmədə iddia qaldırıb həmin müqavilənin ləğv olunmasına nail ola bilərdilər. Bu halda isə təkrar məhkəmə perspektivsiz görünür. Qaldı, blankların sonradan doldurulmasına, mən indi baxıb görürəm ki, hələ də burada əmək müqaviləsində tələb olunan zəruri bəndlər doldurulmayıb. Xanımlar bu şansı da buraxıblar».
«AzTv»nin mətbuat xidmətindən isə «Can Bakı» proqramına bildirildi ki, bu əməkdaşlarla əmək müqaviləsinin müddəti başa çatdığından onlara xəbərdarlıq olunub və bu məhkəmə yolu ilə sübut olunub. Ona görə də, müzakirəyə qatılmağa ehtiyac görmürük.
--Bəsti Şiriyeva və Nərgiz Cabbarlı məhkəmədə daha nə ilə üzləşdilər?
--26 noyabra təyin olunmuş məhkəmə iclasının bildirişi niyə 27 noyabrda gəlib çıxdı?
--Xanımlar niyə hakimi poçtla əlaqəyə girib tarixi saxtalaşdırmaqda suçladı?
--Qonaqlarımız Avropa məhkəməsinə üz tutacaqlarmı?
«Can Bakı» qarşınızdadır.