“Kitab karvanı” rayonlara gedir...

Firudin Köçərli adına respublika uşaq kitabxanası sentyabrın 29-u – oktyabrın 5-i Azərbaycanın müstəqilliyinin 20 illiyi ilə bağlı “Kitab karvanı” adlı uşaq və yeniyetmələr üçün səyyar kitabxana sərgisi təşkil edir.

Sərgi Goranboy, Gəncə, Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarını əhatə edəcək.

Sərgilər hər bir rayonda açıq səma altında əsasən Heydər Əliyev parklarında keçiriləcək, nəşriyyatlardan başqa uşaq yazıçıları, uşaq dərgiləri əməkdaşları da iştirak edəcək.

Kitabxana sərgilərdə 700-dək uşaq kitabı paylamağı da nəzərdə tutub. Həmçinin uşaqlar üçün viktorina və rəsm müsabiqələri keçirilməsi nəzərdə tutulub.

Rafiq Məmmədli