Əfqanıstanda zorakılıq halları 40 faiz artıb

Əfqanıstanın Herat şəhərində baş verən partlayış nəticəsində azı 3 adam ölüb, 10 nəfər yaralanıb. Ölənlər arasında polis əməkdaşı da var. Daha bir neçə polis isə yaralanıb.

BMT-nin Əfqanıstanla bağlı hesabatında bildirilir ki, son 8 ayda ölkədə baş vermiş zorakılıq aktlarının sayı keçən illə müqayisədə 40 faiz artıb.