3 il yarımda 798 DİN əməkdaşı cəzalandırlıb

Polis

«Vətəndaşlarla kobud rəftar etdiklərinə, onların hüquq və azadlıqlarını pozduqlarına görə son üç il yarım ərzində 798 nazirlik əməkdaşı cəzalandırılıb»

Bu fikirləri daxili işlər nazir Ramil Usubov ATƏT-in Bakı ofisinin rəhbəri Koray Torqayla görüşündə deyib.

Ramil Usubov ATƏT-lə rəhbərlik etdiyi qurum arasında əlaqələrin inkişafından məmnun olduğunu bildirib. Nazir polis fəaliyyətinin təkmilləşdirilməsi sahəsində ATƏT-lə bir çox əhəmiyyətli tədbir və layihələr həyata keçirildiyini, son illər keçirilən bu kimi tədbirlərdə 2 mindən çox nazirlik əməkdaşının iştirak etdiyini deyib.