Danimarkada yağlı ərzaqlar qəsdən bahalaşdırılıb

Danimarka dünyada piy, yağa görə vergi tətbiq edən ilk ölkə olub.

Bu gündən ölkədə yağlılığı yüksək olan yağ, şirniyyat və pitsanın qiyməti bahalaşıb.

Hökumət bununla daha sağlam qidalara təlabatın artacağını güman edir.

Bahalaşma ərəfəsində ölkədə bu cür ərzaq məhsullarının kütləvi alınması müşahidə olunub.

Tənqidçilər hesab edir ki, yeni tədbir qiymətlərdə qarışıqlıq yaradacaq.

France-Press agentliyinin məlumatına görə, Avropa Birliyi yeni verginin rəqabət
qaydalarına zidd olub-olmamasını araşdırır.