İraqda yerli hökumət binası yaraqlılardan azad edildi

İraqın təhlükəsizlik qüvvələri yaraqlıların tutduğu hökumət binasına hücum edərək girovları azad ediblər.
Məlumatlara görə yaraqlıların hamısı öldürülüb. Onların sayı 6 ya 7 nəfər olub.

Girovlar arasında da ölənlər var, ancaq bilinmir ki, onlar hücum zamanı ölüblər yoxsa onları yaraqlılar öldürmüşdülər.

Bağdadaın 150 km-liyində yerləşən əl-Bağdadi şəhərciyində yaraqlılar merin və polisin yerləşdiyi binanı tutmuşdular və burdakıları girov götürmüşdülər. .