"Səfillər" romanı latın əlifbasında çap edildi

"Qanun" nəşriyyatı və "Əli və Nino" nəşriyyatlarının başladıqları klassiklər seriyasında növbəti kitab işıq üzü gördü

Yalnız fransız ədəbiyyatının deyil, dünya ədəbiyyatının da ən gör­kəmli simalarından sayılan Viktor Hüqo özünün parlaq istedadının məhsulu olan əsərləri ilə bəşər bədii fikri tarixini zənginləşdirib.

XIX əsrin bu korifey sənətkarının yaradıcılığı ümumbəşər mənəvi sər­vətləri xəzinəsində özünəməxsus yer tutur.

Hüqo dühası, Hüqo irsi yer üzünün bütün xalqları üçün doğma və əzizdir. Hüqonun tükənməz yaradıcılıq aləmində "Səfıllər" romanının xüsusi çəkisi var.

Dahi rus yazıçısı Lev Tolstoyun "fransız ədəbiy­yatının ən yaxşı romanı" adlandırdığı bu ölməz əsər, demək olar, bü­tün dünya dillərinə tərcümə olunaraq müəllifinə əbədi şöhrət qa­zan­dırıb.

Hamı üçün yazılmış "Səfillər" bu gün də qapıları döyür: "Açın, biz sizə gəlmişik" deyir.

Ölməz ədibin sahilsiz kədərinin ayrılmaz parçası olan bu şah əsəri hər bir insana mənəvi cəhətdən zənginlik qazan­dı­racaq qüdrətə sahib romandır.

Əgər "Səfıllər" olmasaydı, dünya ədə­biyyatı həqiqətən də bir xeyli yoxsul görünərdi.