Dövlət büdcəsinin layihəsi oktyabrın ikinci yarısında parlamentə təqdim olunacaq

Azərbaycanın 2012-ci il dövlət büdcəsinin layihəsi oktyabrın ikinci yarısında parlamentə daxil olacaq.

Bu barədə «APA»ya Milli Məclisin İqtisadi siyasət Komitəsindən məlumat verilib.

Hazırda dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri Prezident Administrasiyasında baxılmaqdadır. Dövlət büdcəsi və icmal büdcənin layihələri ötən həftə Nazirlər Kabinetində müzakirə olunub.

2012-ci il dövlət büdcəsinin gəlirləri 16.4 mlrd. manat, xərcləri isə 16.9 mlrd. manat həcmində proqnozlaşdırılır.