Yəməndə törədilmiş hücumlarda azı 6 adam ölüb

Yəmənin cənubunda yaraqlıların hücumu nəticəsində azı 6 adam ölüb.

Yerli qəbilə nümayəndələri yaraqlıların Zəncibar şəhərindəki administrativ binalara hücum etdiklərini, nəticədə 4 əl Qaidəçinin öldürüldüyünü deyirlər.

Qonşuluqda yerləşən Loder şəhərindəki nəzarət-buraxılış məntəqəsinin ətrafında törədilmiş partlayışda isə yerli ictimai komitənin 2 üzvü ölüb, 9-u isə yaralanıb.