Bu gün Nobel sülh mükafatının laureatının adı açıqlanacaq

Norveçdə Osloda təqdim olunacaq mükafatın yeni sahibinin kimliyi hələ bəlli deyil. Mükafatın məbləği 1,5 milyon dollardır.

Müşahidəçilərin fikrincə mükafat ərəb dünyasında bir sıra rejimlərin devrilməsi ilə nəticələnən kütləvi etiraz aksiyaları - “Ərəb Baharı”-nın fəalları və ya təşkilatçılarından birinə verilə bilər.

Digər potensial namizədlər Afrika qitəsində ilk qadın dövlət başçısı, Liberiyanın prezidenti Ellen Johnson Sirleaf, Rusiyanın insan hüquqları təşkilatı "Memorial", Əfqanəıstan hüquq müdafiəçisi Sima Samar, ya da Avropa İttifaqı layıq görülə bilər.

Ötən il bu mükafat Çinli dissident Lu Xiaoboya verilib.

Artıq Stokholmda ədəbiyyat üzrə Nobel mükafatının laureatı İsveç şairi Tomas Transtremer olub.