Yəmən prezidenti yaxın günlərdə istefa verəcəyini deyib

Yəmən prezidenti Ali Abdullah Saleh yaxın günlərdə istefaya gedəcəyini bildirib.

O bunu şənbə günü televiziya ilə çıxışında bəyan edib.

Bu barədə Reuters agentliyi xəbər verir.

9 aydır ki, Yəməndə prezidentin istefası tələbilə kütləvi etiraz aksiyaları keçirilir.