Həftənin fotoları: 1-7 oktyabr

Liviyada keçid hökumətin döyüşçülərindən biri oktyabrın 3-də Sirtə şəhərindəki Qaddafi qüvvələrinə RPG-7-dən atəş açır. (Anis Mili/Reuters)

Steve Jobs-un ölümündən sonra - oktyabrın 5-də Kaliforniyada çinli tələbələr şamlarla onun şirkətinin - Apple-ın loqosunu düzəldiblər. (Kevork Djansezian/AFP)

Oktyabrın 7-də V. Putinin 59 yaşı tamam olub. "Ad gününüz mübarək, prezident" yazılan banneri Putinin ad günü hökumət iqamətgahı ilə üzbəüz binadan asıblar. (Sergei Karpukhin/Reuters)

Vladimir Putinin Leonid Brejnevin mundirində əksi verilmiş bu karikatura Moskva sakinin kompyuterinin ekranında. (Aleksandr Nemenov/AFP)

Oktyabrın 3-də Los Angeles şəhərinin mərkəzində keçirilən etiraz aksiyasında qaldırılan şüar. (Frederic J. Brown/AFP)

Sənədlərinə görə dünyanın ən yaşlı adamı olan 116 yaşlı Kesi Karuyeva Çeçenistandakı Goity kəndində öz evində. (Diana Markosian/Reuters)

Belorusun paytaxtı Minskdə metronun çıxışının qarşısında güllərini satmağa çalışan qoca qadın. (Vasily Fedosenko/Reuters)

Yəmənli Nobel Sülh Mükafatı Laureatı Tawakul Karman paytaxt Sanaada Tagheer meydanında öz çadırının qarşısında, 7 oktyabr. (Ahmed Jadallah/Reuters)

Əfqanıstanın Pakistanla sərhədində balaca qız ABŞ əsgərinin keşik çəkdiyi ərazini keçir. (Photo by (Tauseef Mustafa/AFP)

Yunanıstanın paytaxtı Afinada polis özünü nümayişçilərin atdığı molotov kokteylindən qorumağa çalışır. 5 oktyabr 2011