ABŞ Dövlət katibinin müavini Azərbaycana səfər edəcək

ABŞ Dövlət katibinin silahlara nəzarət üzrə müqavilələrin yoxlanılması və riayət olunması məsələlərinə dair müavini Rouz Qottemüller (Rose Gottemoeller) yüksək vəzifəli rəsmilərlə məsləhətləşmələr aparmaq üçün oktyabr ayının 14-19-da Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.

R. Qottemüller Azərbaycana səfərindən öncə, oktyabrın 12-14-də Astanada keçiriləcək «Nüvə Silahlarından Azad Dünya» beynəlxalq forumunda iştirak edəcək. /apa/