Serbiya Avropa Birliyinə üzvlük statusu ala bilər

Avropa Komissiyası Serbiyaya Avropa Birliyinə üzvlük statusu verilməsini təklif edib.

Bu barədə Avropa Birliyinə qoşulmaq istəyən 9 ölkədəki irəliləyişlə bağlı komissiyanın illik hesabatında bildirilir.

Diplomatların sözlərinə görə, Avropa Komissiyası ümid edir ki, bu Srbiyayla Kosovo arasındakı münasibətlərin yaxşılaşmasına apara bilər.